Menyu

ABŞ-nin 39-cu sabiq prezidenti vəfat edib

Əziz Əzizli
ABŞ-nin 39-cu sabiq prezidenti vəfat edib

"Operativ Media" xəbər verir ki, bu barədə “The Washington Post” qəzeti bildirib.

Məlumata görə, keçmiş dövlət başçısı dekabrın 29-da Corciya ştatının Pleyns şəhərində öz evində keçinib.

Qeyd edək ki, Karter ABŞ-nin 39-cu prezidenti olub və 1977-1981-ci illərdə bu vəzifədə çalışıb. O, insan hüquqlarının müdafiəsi sahəsindəki səyləri, İsrail və Misir arasında Kemp-Devid sazişlərinin imzalanmasında vasitəçiliyi və siyasətdən getdikdən sonra aktiv ictimai fəaliyyəti ilə tanınır ki, bunun üçün də 2002-ci ildə Nobel Sülh mükafatına layiq görülüb.

Teqlər:

"AB\u015e-nin 39-cu sabiq prezidenti v\u0259fat edib"

Əlaqəli Xəbərlər