"Operativ Media" xəbər verir ki, bu barədə BBC yerli mətbuata istinadən məlumat yayıb.
Ölkənin baş naziri Miloiko Spajiç qanlı atışmanı “dəhşətli faciə” kimi qeyd edib.
Yerli polis rəsmilərinin məlumatına əsasən, Çetinye restoranında qonaqlar arasında şəxsi zəmində mübahisə düşüb.
45 yaşlı Aleksandr Martinoviç odlu silahla ikisi uşaq olmaqla, azı 10 nəfərin həyatına son qoyub. Onun sonradan intihar etdiyi bildirilir.
Monteneqronun daxili işlər naziri Danilo Saranoviç bildirib ki, qurbanların ikisi qatilin öz ailə üzvləri, üçü isə restoran sahibi və onun iki övladı olub. Digər qurbanların şəxsiyyəti ilə bağlı hələlik məlumat verilmir.
Teqlər:
"Monteneqroda terrora g\u00f6r\u0259 mat\u0259m elan edilib"