Menyu

Rusiyanın Orenburq vilayətində kütləvi qəza olub

Əsəd Abbaslı
Rusiyanın Orenburq vilayətində kütləvi qəza olub
1 dəq oxu

"Operativ Media" xəbər verir ki, bu barədə regionun Fövqəladə Hallar Nazirliyinin Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb.

"Perevolosk rayonunda M-5 “Ural” yolunun 361-ci kilometrində Perevolotski qəsəbəsi yaxınlığında Orenburqa gedən yolda iki minik avtomobilinin (“Toyota”, “Şkoda Fabia”) və “Skania” yük maşınının toqquşması barədə məlumat daxil olub. Qəza nəticəsində beş nəfər həlak olub”, – məlumatda deyilib.

Qeyd olunub ki, Rusiya FHN əməkdaşları həlak olanların meyitlərini çıxarıblar. Qəza yerində ikitərəfli hərəkət təşkil edilib.

Əlaqəli Xəbərlər