Efiopiyada silsilə zəlzələlərə görə insanlar təxliyə olunur
Əsəd Abbaslı
"Operativ Media" xəbər verir ki, zəlzələlər aylarla davam edən intensiv seysmik fəaliyyətdən sonra əsasən Afar, Oromiya və Amharanın kənd yerlərində baş verib. Hələlik insan tələfatı barədə məlumat yoxdur.
Efiopiya hökumətinin rabitə idarəsi, təsirə məruz qalan ərazilərdə təxminən 80,000 insanın yaşadığını və ən həssas insanların müvəqqəti sığınacaqlara köçürüldüyünü açıqlayıb.
“Zəlzələlərin sayı maqnituda və tezliyə görə artır”, - deyə məlumatda bildirilir. Dəymiş ziyanı qiymətləndirmək üçün ekspertlər göndərilib.
Efiopiya Fəlakət Riskinin İdarə Edilməsi Komissiyasının yüksək vəzifəli rəsmisi hesab edir ki, ən azı 2000 nəfər artıq evlərini tərk etmək məcburiyyətində qalıb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net