Menyu

İsrail Qəzzada 100-dən çox hərbi obyekti vurub

Əsəd Abbaslı
İsrail Qəzzada 100-dən çox hərbi obyekti vurub

"Operativ Media" xəbər verir ki, bu barədə İsrailin Müdafiə Ordusunun Mətbuat xidməti məlumat yayıb. 

"Terror təşkilatı HƏMAS həftə sonu Qəzza zolağından İsrail ərazisinə doğru bir neçə raket və mərmi atıb. Kəşfiyyat orqanlarının başçılıq etdiyi əməliyyatda İsrail Ordusunun Hərbi Hava Qüvvələri Qəzza zolağının hər yerində 100-dən çox terrorçu hədəfi vurub və HƏMAS-ın onlarla terrorçusunu məhv etdi", - açıqlamada deyilir. 

Bundan əlavə, İsrail Ordusu ölkə ərazisini atəşə tutmaq üçün istifadə olunan bir sıra buraxılış qurğularına zərbələr endirib. Ordu qeyd edib ki, zərbələrdən əvvəl mülki əhaliyə zərər vurma riskini azaltmaq üçün çoxsaylı tədbirlər görülüb. 

Yanvarın 1-də yəhudi dövlətinin müdafiə naziri İsrael Katz xəbərdarlıq edib ki, Fələstinin radikal HƏMAS hərəkatının silahlı qüvvələri tərəfindən atəş davam etsə, İsrail Qəzza zolağına “görünməmiş güc” zərbələri endirmək niyyətindədir.

Teqlər:

"\u0130srail Q\u0259zzada 100-d\u0259n \u00e7ox h\u0259rbi obyekti vurub"

Əlaqəli Xəbərlər