Gürcüstanda qaçırılan Rusiya vətəndaşının meyiti tapılıb
Əsəd Abbaslı
"Operativ Media" xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.
Nazirliyin açıqlamasına görə, yanvarın 5-də hücum edənlər Zuqdididən Mestiaya gedən iki xarici vətəndaşı qarət ediblər. Onların mobil telefonlarını oğurlayıblar, zərərçəkmişlərdən biri, 1986-cı il təvəllüdlü V.S.-yə odlu silahla xəsarət yetirilib və qanunsuz saxlanılıb.
Cinayəti gizlətmək üçün həmin şəxslər daha sonra cəsədi çaya ataraq yoxa çıxıblar.
“Aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində polis hər iki şübhəlini saxlayıb”, - nazirliyin məlumatında deyilir.
Saxlanılanları 20 ilə qədər həbs və ya ömürlük həbs gözləyir.
Teqlər:
"G\u00fcrc\u00fcstanda qa\u00e7\u0131r\u0131lan Rusiya v\u0259t\u0259nda\u015f\u0131n\u0131n meyiti tap\u0131l\u0131b"