Çində zəlzələdə ölənlərin sayı 126-ya çatıb - YENİLƏNİB
Əsəd Abbaslı
"Operativ Media" xəbər verir ki, bu barədə "Xinxua" məlumat yayıb.
Zəlzələ nəticəsində yaralanaların sayı isə 188 nəfərə çatıb.
***
12:15
Çinin Tibet bölgəsində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 95 nəfərə yüksəlib.
"Operativ Media" xəbər verir ki, bu barədə "Sinxua" məlumat yayıb.
***
09:12
Çinin Tibet bölgəsində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 53-ə yüksəlib.
"Operativ Media xəbər verir ki, bu barədə "Sinxua" məlumat yayıb.
Məlumata görə, yaralıların sayı isə 62-yə çatıb.
***
08:40
Çinin cənub-qərbində yerləşən Tibet Muxtar Rayonunda (TMR) güclü zəlzələ nəticəsində ölənlərin sayı 32-yə çatıb, 38 nəfər yaralanıb.
"Operativ Media" xəbər verir ki, bu barədə “Sinxua” məlumat yayıb.
Daha əvvəl ABŞ Geoloji Xidməti Nepal sərhədində TMR-də 7,1 bal gücündə zəlzələnin baş verdiyini bildirmişdi. Zəlzələnin episentri təxminən 80 min əhalisi olan Şiqadze şəhərindən 163 km cənub-qərbdə, ocağı isə 10 km dərinlikdə yerləşib.
***
08:04
Çinin cənub-qərbində yerləşən Tibet Muxtar Rayonunda (TMR) güclü zəlzələ nəticəsində azı doqquz nəfər həlak olub.
"Operativ Media" xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.
Bildirilib ki, təbii fəlakət bir çox binanın dağılmasına səbəb olub. Yerli iqtidar axtarış-xilasetmə əməliyyatları üçün resursları səfərbər edib. Təkrar yeraltı təkanların baş vermə təhlükəsi ilə əlaqədar əhalinin təxliyəsi həyata keçirilir.
Daha əvvəl ABŞ Geoloji Xidməti Nepal sərhədində TMR-də 7,1 bal gücündə zəlzələnin baş verdiyini bildirmişdi. Zəlzələnin episentri təxminən 80 min əhalisi olan Şiqadze şəhərindən 163 km cənub-qərbdə, ocağı isə 10 km dərinlikdə yerləşib.