Si Cinpin zəlzələdən zərər çəkmiş Tibetə dəstək əmri verib
Çin Xalq Respublikasının Sədri Si Cinpin güclü zəlzələnin baş verdiyi Tibet Muxtar bölgəsində sakinlərin xilas edilməsi və onlara yardım göstərilməsi üçün maksimum səy göstərilməsini əmr edib.
"Operativ Media" xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.
"İnsanların axtarışı və xilas edilməsi, yaralılara tibbi yardımın göstərilməsi və mümkün itkilərin qarşısını almaq üçün hər cür səy göstərilməlidir", - Çin lideri bildirib.
Qeyd edək ki, son məlumatlara görə Çinin Tibet bölgəsində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 53-ə yüksəlib.