Menyu

Səmərqəndə uçan təyyarə məcburi eniş edib

Əsəd Abbaslı
Səmərqəndə uçan təyyarə məcburi eniş edib

"Operativ Media" xəbər verir ki, "Boeing 737" təyyarəsinin sərnişinləri başqa təyyarə ilə Səmərqəndə yola salınacaqlar.  

Təcili enişə təyyarənin göyərtəsindəki texniki nasazlıqlar səbəb olub.

Hazırda ehtiyat təyyarə Özbəkistana yola düşməyə hazırlanır. Nasaz təyyarə hava limanında təmir üçün qalır.

Qeyd edək ki, təyyarənin göyərtəsində 173 sərnişin və ekipaj üzvü olub, onlardan heç biri hadisə nəticəsində xəsarət almayıb.

Teqlər:

"S\u0259m\u0259rq\u0259nd\u0259 u\u00e7an t\u0259yyar\u0259 m\u0259cburi eni\u015f edib"

Əlaqəli Xəbərlər