Menyu

Türkiyədə Kiber Təhlükəsizlik İdarəsi yaradılıb

Əziz Əzizli
Türkiyədə Kiber Təhlükəsizlik İdarəsi yaradılıb

"Operativ Media" xəbər verir ki, bu haqda ölkə başçısının “Rəsmi Qəzetdə” dərc olunan fərmanında deyilir.

Baş qərargahı Ankarada olacaq idarə ölkədə kibertəhlükəsizliyin təmin edilməsi məqsədilə görüləcək bütün işlərdən cavabdeh olacaq.

İdarənin Kiber Müdafiə Baş İdarəsi, Kiber Müqavimət Baş İdarəsi, Ekosistemin İnkişafı Baş İdarəsi, Xarici Əlaqələr Departamenti, İdarəetmə Xidmətləri Departamenti, Hüquq Müşavirliyi, Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi kimi şöbələr olacaq.

İdarənin hələləik 135 nəfər əməkdaşı olacaq.

Teqlər:

"T\u00fcrkiy\u0259d\u0259 Kiber T\u0259hl\u00fck\u0259sizlik \u0130dar\u0259si yarad\u0131l\u0131b"

Əlaqəli Xəbərlər