Menyu

Çində 5,5 bal gücündə zəlzələ baş verib

Çində 5,5 bal gücündə zəlzələ baş verib

"Operativ Media"  xəbər verir ki, bu barədə Çinin Seysmologiya Mərkəzi açıqlama yayıb. Yerli vaxtla saat 15:44-də baş verən zəlzələnin episentri Çinhay əyalətinin Qoloq Tibet muxtar prefekturasının Madoy rayonunda olub. Dağıntı və tələfat barədə məlumat yoxdur.

Qeyd edək ki, yanvarın 7-də səhər saatlarında Çinin cənub-qərbindəki Tibet muxtar rayonunun Şiqatse şəhərində 6,8 bal gücündə zəlzələ qeydə alınıb. Təbii fəlakət nəticəsində təxminən min ev dağılıb, 126 nəfər ölüb, 188 nəfər xəsarət alıb. Hazırda axtarış-xilasetmə işləri şaxtalı hava şəraitində davam edir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər