Dünya reytinqində Azərbaycan pasportu 58-ci yerdədir
Nərmin Qocamanlı
"Operativ Media" xəbər verir ki, bu reytinq dünya ölkələrinin pasportlarının gücünü, yəni vizasız səyahət edə biləcəkləri ölkələrin sayını və ya vizanı sərhəddə əldə etmək imkanlarını qiymətləndirir.
Azərbaycan siyahıda 58-ci yerdə qərarlaşıb. Azərbaycan vətəndaşları 38 ölkəyə vizasız daxil ola bilirlər, daha 50 ölkədə isə vizanı sərhəddə əldə edə bilərlər. Qalan 110 ölkəyə səfər etmək üçün isə öncədən viza almaq tələb olunur.
Gürcüstan siyahıda 31-ci, Türkiyə və Rusiya isə 37-ci yerdədirlər.
Qlobal miqyasda ən güclü pasportlar siyahısında Birləşmiş Ərəb Əmirlikləri liderdir və 180 bal toplayıb. BƏƏ vətəndaşları 133 ölkəyə vizasız səfər edə bilirlər. İkinci yeri isə 179 bal toplayan İspaniya tutub. Üçüncü yeri isə 14 Avropa ölkəsi, o cümlədən Finlandiya, Fransa və Almaniya paylaşır.
Reytinqin son sıralarında isə Əfqanıstan və Suriya yer alıb. Bu ölkələrin vətəndaşları yalnız 15 və 14 ölkəyə vizasız səfər edə bilirlər.