Menyu

Zelenski prezidentliyə yenidən namizəd olacaq

Əsəd Abbaslı
Zelenski prezidentliyə  yenidən namizəd olacaq
1 dəq oxu

"Operativ Media" xəbər verir ki, bu barədə Ukraynanın “Teleqraf” nəşri Zelenskiyə yaxın mənbələrə istinadən məlumat yayıb.

Hələlik bu məlumat rəsmi olaraq təsdiq və ya təkzib olunmayıb: "İkinci müddətlə bağlı qərar qəbul edilib, 52% etimad səviyyəsi ilə Zelenskinin hələ də prezident seçkilərində qalib gəlmək şansı var". 

Hazırda Zelenskinin əsas rəqibi olan Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı Valeri Zalujnının namizədliyini irəli sürüb-sürməməsi sual altındadır.

Nəşrin yazdığına görə, Zalujnı hələ siyasi gələcəyi ilə bağlı yekun qərar verməyib.

Əlaqəli Xəbərlər