ABŞ Ukraynaya yeni hərbi yardım paketini elan edəcək
Əsəd Abbaslı
"Operativ Media" xəbər verir ki, bu barədə "Associated Press" iki mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, yardım fövqəladə hallar zamanı Konqresin təsdiqi olmadan xarici tərəfdaşa silah tədarük etməyə imkan verən mexanizm vasitəsilə köçürüləcək. Pentaqonun yüksək rütbəli rəsmisi bildirib ki, məqsəd silahların yanvarın sonuna qədər Ukraynaya təhvil verilməsidir.
Xatırladaq ki, ABŞ yanvarın 9-da Ukraynaya genişmiqyaslı yekun hərbi yardım paketini açıqlayacaq.
Teqlər:
"AB\u015e Ukraynaya yeni h\u0259rbi yard\u0131m paketini elan ed\u0259c\u0259k"