Menyu

Boliviyada 16 nəfər daşqınlar səbəbindən həyatını itirib

Əsəd Abbaslı
Boliviyada 16 nəfər daşqınlar səbəbindən həyatını itirib

"Operativ Media" xəbər verir ki, bu barədə ölkənin müdafiə nazirinin müavini Xuan Karlos Kalvimontes məlumat verib.

Onun sözlərinə görə, daşqınlar nəticəsində 16 013 ailə zərər çəkib, 335 evə ziyan dəyib, 194 ev dağılıb, 16 nəfər həlak olub.

Kalvimontes bildirib ki, ölkənin doqquz departamentində çayların sahillərini aşması təhlükəsi qalmaqdadır. Daşqınlara səbəb olan güclü yağışlar zamanı səlahiyyətlilər 18,3 ton humanitar yardım paylayıb.

Teqlər:

"Boliviyada 16 n\u0259f\u0259r da\u015fq\u0131nlar s\u0259b\u0259bind\u0259n h\u0259yat\u0131n\u0131 itirib"

Əlaqəli Xəbərlər