12 Fevral 2025, 19:10
Bakı-Tbilisi-Bakı marşrutu üzrə qatar reysləri fəaliyyətə başlaya bilər
Qatar reysləri fəaliyyətə başlaya bilər.
Bakı-Tbilisi-Bakı marşrutu üzrə qatar reysləri fəaliyyətə başlaya bilər şəkil
Bakı-Tbilisi-Bakı marşrutu üzrə qatar reysləri fəaliyyətə başlaya bilər

Bakı-Tbilisi-Bakı sərnişin qatarının fəaliyyətinin bərpası ilə bağlı məsələ Azərbaycan Prezidenti İlham Əliyevlə müzakirə olunub.

Operativ Media xəbər verir ki, bunu Dubayda jurnalistlərlə söhbətində Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib.

O qeyd edib ki, Gürcüstan bu məsələdə göstərilən diqqət və dəstəyə görə Azərbaycan tərəfinə minnətdardır:

“Azərbaycan səfəri çərçivəsində biz bu mövzuda Prezident İlham Əliyevlə müzakirə apardıq. Ölkəmizə göstərdiyi diqqətə görə ona şəxsən təşəkkür etmək istəyirəm. Təbii ki, ölkələrimiz arasında yüksək mobilliyin olması prinsipial əhəmiyyət daşıyır”.

Baş nazir vurğulayıb ki, Gürcüstan və Azərbaycan dost və tərəfdaş ölkələrdir və bu cür nəqliyyat əlaqələrinin inkişafı hər iki ölkə üçün faydalıdır.

“Ölkələrimiz arasında daha çox insanın səyahət etməsi çox vacibdir, çünki bu, xalqlarımız arasında ənənəvi dostluğu daha da möhkəmləndirəcək” – deyə Baş nazir Kobaxidze bildirib.

Son xəbərlər
Avropa Komissiyasının rəhbəri qarşıdakı 5 ilin əsas planını açıqlayıb
Zaxarova: Makron nüvə silahı ilə manipulyasiya edir
Yaponiya Azərbaycan və Ermənistanın sülh sazişi ilə bağlı verdiyi bəyanatları alqışlayır
Ramazan ayının 19-cu gününün duası - İmsak və iftar vaxtı
Tacikistan Azərbaycanla Ermənistan arasında danışıqlar mətninin yekunlaşmasını alqışlayır
Putin və Tramp arasında telefon danışığı baş tutub - YENİLƏNİB
ABL: "Ordu" "Lənkəran"ı məğlub etdi
Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyi qeyd ediləcək - SƏRƏNCAM