Menyu

Tramp Zelenski ilə telefon danışığı aparıb - YENİLƏNİB

Əsəd Abbaslı
Tramp Zelenski ilə telefon danışığı aparıb - YENİLƏNİB

ABŞ Prezidenti Donald Trampla telefon danışığı zamanı sülhün əldə edilməsinin mümkünlüyü barədə müzakirə apardıq.

Operativ Media xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski sosial şəbəkə hesablarında məlumat verib.

“Trampla uzun söhbətimiz oldu. Komanda şəkilində birgə istəyimizi bildirdik. Biz birlikdə nə edə biləcəyimizə maraq göstərdiyinə görə Prezident Trampa minnətdaram”, - deyə Zelenski əlavə edib.

Zelenski bildirib ki, Ukrayna hamıdan çox sülh istəyir.

“Biz Rusiyanın təcavüzünü dayandırmaq və etibarlı, davamlı sülhə zəmanət vermək üçün Amerika ilə ümumi addımlarımızı müəyyən edirik. Prezident Trampın dediyi kimi, gəlin, bunu həyata keçirək. Biz gələcək təmaslar və görüşlər barədə razılığa gəldik”, - deyə Zelenski vurğulayıb.

22:01

ABŞ prezidenti Donald Tramp ukraynalı həmkarı Volodimir Zelenski ilə telefon danışığı aparıb.

Operativ Media xəbər verir ki, bu barədə Zelenskinin müşaviri Dmitri Litvin məlumat yayıb.

Ukrayna prezidentinin aparatının nümayəndəsinin sözlərinə görə, Trampla Ukrayna lideri arasında danışıqlar bir saata yaxın davam edib. Söhbətin mövzuları hələ ki, açıqlanmayıb.

Teqlər:

"Tramp Zelenski il\u0259 telefon dan\u0131\u015f\u0131\u011f\u0131 apar\u0131b - YEN\u0130L\u018fN\u0130B"

Əlaqəli Xəbərlər