19 Fevral 2025, 21:07
İlham Əliyev Belarus Milli Assambleyası Respublika Şurasının sədrini qəbul edib - YENİLƏNİB
İlham Əliyev Belarus Milli Assambleyası Respublika Şurasının sədrini qəbul edib.
İlham Əliyev Belarus Milli Assambleyası Respublika Şurasının sədrini qəbul edib - YENİLƏNİB şəkil
İlham Əliyev Belarus Milli Assambleyası Respublika Şurasının sədrini qəbul edib - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 19-da Belarus Respublikası Milli Assambleyası Respublika Şurasının sədri Natalya Koçanovanı qəbul edib.

Operativ Media xəbər verir ki, Natalya Koçanova Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun salamlarını dövlətimizin başçısına çatdırdı.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Aleksandr Lukaşenkoya çatdırmağı xahiş etdi.

Söhbət zamanı ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələrimizin inkişaf etdiyi qeyd olundu. Keçən il Belarus Prezidentinin ölkəmizə dövlət səfəri məmnunluqla xatırlanaraq, onun münasibətlərimizin inkişafında rolu vurğulandı.

Ölkəmizə ilk dəfə səfər etdiyini deyən Natalya Koçanova Bakıda gördüyü inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını dedi.

Görüşdə ölkələrimizin parlamentləri arasında əlaqələrin uğurla inkişaf etdiyi qeyd olundu, Bakıda Asiya Parlament Assambleyasının 15-ci plenar sessiyasının keçirilməsinin önəminə toxunuldu.

Qonaq dövlətimizin başçısına xatirə hədiyyəsi təqdim etdi.

19:53

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 19-da Belarus Respublikası Milli Assambleyası Respublika Şurasının sədri Natalya Koçanovanı qəbul edib.

Operativ Media xəbər verir ki, Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Son xəbərlər
Vyetnamın Baş prokurorunun müavini: "Bakı şəhərində keçirilən görüşdə iştirak etmək bizim üçün böyük şərəfdir"
Macarıstan Azərbaycanla əməkdaşlıq sayəsində qlobal neft-qaz bazarında mövqelərini gücləndirir
Macarıstan yığmasının Azərbaycan millisi ilə oyun üçün heyəti açıqlanıb
Sabirabadda 16 yaşlı qız öldürülərək Kürə atılıb
Milli Məclisin deputatları NATO PA-nın sessiyasında iştirak edəcəklər
İranın müdafiə naziri Ermənistana səfər edib
Viktor Orban: Macarıstanın üzləşdiyi istənilən çətinlik zamanı Prezident Əliyev həmişə bizim yanımızda olub
Yurgen Klopp "Roma"nı çalışdırmayacaq