Qarabağda 3500-dən artıq ev təsərrüfatı genişzolaqlı internetdən istifadə edir
İşğaldan azad edilmiş ərazilərimizdə 3500-dən artıq ev təsərrüfatı genişzolaqlı internet xidmətlərindən istifadə edir.
Operativ Media xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Aztelekom” MMC-nin baş direktorunun vəzifələrinin müvəqqəti icraçısı Həsən Ömərov deyib.
“İşğaldan azad edilmiş ərazilərimizdə magistral internet kabellərinin çəkilişi davam etdirilir. Həmin ərazilərdə köç planına uyğun olaraq yeni texnologiyalar tətbiq olunur”, - deyə o bildirib.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma