Azərbaycanda noutbuk istehsalı azalıb
Cari ilin yanvar-fevral aylarında Azərbaycanda 652 ədəd noutbuk istehsal edilib.
Operativ Media-nın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 16,8% və ya 132 ədəd azdır.
Bununla yanaşı, yanvar-fevral aylarında Azərbaycanda 1 540 ədəd stolüstü kompüter və 81,9 min ədəd ölçmə cihazları istehsal edilib. Bunlar da illik müqayisədə müvafiq olaraq 1 114 ədəd (3,6 dəfə) və 22,9 min ədəd (38,8%) çoxdur.
Qeyd edək ki, 2024-cü ilin yanvar-fevral aylarında Azərbaycanda 784 ədəd noutbuk, 426 ədəd stolüstü kompüter, 59 min ədəd ölçmə cihazları istehsal edilib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net