Menyu

Azərbaycanda inklüziv təhsil verilən məktəblərin sayı açıqlanıb

Azərbaycanda inklüziv təhsil verilən məktəblərin sayı açıqlanıb

Azərbaycanda 67 ümumtəhsil müəssisəsində inklüziv təhsil həyata keçirilir.

Operativ Media xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin xüsusi təhsil sektorunun müdiri Anar Xələfov deyib.

O bildirib ki, 300-dən artıq sağlamlıq imkanları məhdud uşaq öz tipik inkişaf edən həmyaşıdları ilə bərabər birgə təhsilə cəlb olunub.

“Növbəti mərhələlərdə artıq məktəbəqədər təhsil pilləsində, peşə təhsilində və digər təhsil pillələrində inklüziv təhsilin həyata keçirilməsi nəzərdə tutulub”, - deyə o əlavə edib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər