Menyu

Daha 5 itkin-şəhid dəfn ediləcək

Nərmin Qocamanlı
Daha 5 itkin-şəhid dəfn ediləcək

Birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən və şəxsiyyətləri müəyyənləşdirilən daha beş şəhid dəfn olunacaq.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından Operativ Media-ya verilən məlumata görə, mayın 16-da hərbçilər Yusif Mirzəli oğlu Məmmədov Sumqayıt şəhərindəki Şəhidlər xiyabanında, Miriş Məhəmməd oğlu Rüstəmov Ağcabədi şəhərindəki Şəhidlər xiyabanında, Muxtar Bayram oğlu Məmmədov Şərur şəhərindəki Şəhidlər xiyabanında, Abuzər Tənzil oğlu Abbasov Zərdab rayonunun Yuxarı Seyidlər kənd qəbiristanlığında, Elşən İsaməddin oğlu Ərzumanov Quba şəhərindəki Şəhidlər xiyabanında dəfn ediləcəklər.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər