
Xəbər verdiyimiz ki, Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Sərəncam imzalayıb.
Operativ Media xəbər verir ki, əfv edilən şəxslərdən 5 nəfər İran İslam Respublikasının vətəndaşıdır.
Həmin şəxsləri təqdim edirik:
Abdolvand Ali Papi, 1971-ci ildə anadan olmuş, İran İslam Respublikasının vətəndaşı, Astara Rayon Məhkəməsinin 2023-cü il 28 fevral tarixli hökmü ilə məhkum edilmişdir;
Behrouzi Bostanabad Mohammadreza Aboulfazl, 1975-ci ildə anadan olmuş, İran İslam Respublikasının vətəndaşı, Astara Rayon Məhkəməsinin 2022-ci il 22 dekabr tarixli hökmü ilə məhkum edilmişdir;
Gholizadeh Behnam Rahim, 1989-cu ildə anadan olmuş, İran İslam Respublikasının vətəndaşı, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 2019-cu il 15 may tarixli hökmü ilə məhkum edilmişdir;
Hamdanı Behzad Azım, 1985-ci ildə anadan olmuş, İran İslam Respublikasının vətəndaşı, Astara Rayon Məhkəməsinin 2023-cü il 14 noyabr tarixli hökmü ilə məhkum edilmişdir;
Rəcəbi Cavad Rəcəb oğlu, 1992-ci ildə anadan olmuş, İran İslam Respublikasının vətəndaşı, Yardımlı Rayon Məhkəməsinin 2023-cü il 21 sentyabr tarixli hökmü ilə məhkum edilmişdir.