Azərbaycanda həbsdə olan 4 Rusiya vətəndaşı əfv edildi - SƏRƏNCAM
Nərmin Qocamanlı
Xəbər verdiyimiz ki, Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Sərəncam imzalayıb.
Operativ Media xəbər verir ki, əfv edilən şəxslərdən 4 nəfər Rusiya Federasiyasının vətəndaşıdır.
Həmin şəxsləri təqdim edirik:
Agaev Murad, 1985-ci ildə anadan olmuş, Rusiya Federasiyasının vətəndaşı, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 2022-ci il 29 dekabr tarixli hökmü ilə məhkum edilmişdir;
Əhmədov Arif Məmməd-Kərim oğlu, 1971-ci ildə anadan olmuş, Rusiya Federasiyasının vətəndaşı, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 2023-cü il 28 dekabr tarixli hökmü ilə məhkum edilmişdir;
Xapisov Ali Asadulaeviç, 1994-cü ildə anadan olmuş, Rusiya Federasiyasının vətəndaşı, Astara Rayon Məhkəməsinin 2023-cü il 21 noyabr tarixli hökmü ilə məhkum edilmişdir;
Məmmədov Raqif Neman oğlu, 1966-cı ildə anadan olmuş, Rusiya Federasiyasının vətəndaşı, Şəki Ağır Cinayətlər Məhkəməsinin 2016-cı il 26 dekabr tarixli hökmü ilə məhkum edilmişdir.
Teqlər:
"Az\u0259rbaycanda h\u0259bsd\u0259 olan 4 Rusiya v\u0259t\u0259nda\u015f\u0131 \u0259fv edildi - S\u018fR\u018fNCAM"