Menyu

Axtarışda olan Gürcüstan vətəndaşı ölkəsinə təhvil verilib

Nərmin Qocamanlı
Axtarışda olan Gürcüstan vətəndaşı ölkəsinə təhvil verilib

Mənimsəmə və qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqda təqsirli bilinərək 2019-cu ildə beynəlxalq axtarışa verilmiş, Tbilisi şəhər məhkəməsinin 25.10.2023-cü il tarixli hökmü ilə qiyabi məhkum edilmiş Gürcüstan vətəndaşı, 1987-ci il təvəllüdlü İrakli Berdzenadzenin verilməsinə dair Gürcüstanın Baş Prokurorluğunun vəsatəti Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən təmin edilib. 

Baş Prokurorluğun mətbuat xidmətindən Operativ Media-ya verilən məlumata görə, İrakli Berdzenadze 2025-ci ilin fevral ayında ölkəmizdə müəyyən edilərək həbs edilib. 

“Mülki, ailə və cinayət işləri üzrə hüquq münasibətləri və hüquqi yardım haqqında” 22.01.1993-cü il tarixli Konvensiyaya əsasən təqsirləndirilən şəxsin ekstradisiyası haqqında qərar qəbul edilərək Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Gürcüstanın səlahiyyətli orqanlarına təhvil verilib.

Teqlər:

"Axtar\u0131\u015fda olan G\u00fcrc\u00fcstan v\u0259t\u0259nda\u015f\u0131 \u00f6lk\u0259sin\u0259 t\u0259hvil verilib"

Əlaqəli Xəbərlər