Elm və təhsil naziri Daşkəsəndə vətəndaşları qəbul edəcək
Elm və təhsil naziri Emin Əmrullayev 27 iyun tarixində Daşkəsən şəhərində vətəndaşları qəbul edəcək.
Bu barədə Operativ Media-ya Elm və Təhsil Nazirliyi məlumat verib.
Qəbulda Daşkəsən, Gəncə, Göygöl, Samux, Goranboy, Naftalan və Kəlbəcər sakinləri iştirak edə bilərlər.
Adları çəkilən şəhər və rayonların sakinləri 16 iyun (saat 18:00-dək) tarixinədək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146 – 2 və 146 – 6 nömrəli telefonlarına (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər. Bununla yanaşı, nazirliyin rəsmi saytının https://edu.gov.az/az/contact_us bölməsinə elektron formada və ya +994 51 206 78 48 nömrəsinə “WhatsApp” vasitəsilə müraciət göndərmək mümkündür.
Nəzərinizə çatdırırıq ki, qəbulda iştirak üçün qeydiyyat mütləqdir.
Teqlər:
"Elm v\u0259 t\u0259hsil naziri Da\u015fk\u0259s\u0259nd\u0259 v\u0259t\u0259nda\u015flar\u0131 q\u0259bul ed\u0259c\u0259k"