10 İyun 2025, 15:08
Suriyadan gətirilən uşaq və böyüklər sosial reabilitasiya proqramına cəlb olunub
Suriyadan gətirilən uşaq və böyüklər sosial reabilitasiya proqramına cəlb olunub şəkil
Suriyadan gətirilən uşaq və böyüklər sosial reabilitasiya proqramına cəlb olunub

Suriyadan Azərbaycana gətirilən 13 nəfər ( 9 uşaq, 1 kişi, 3 qadın) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sosial xidmət müəssisəsinə yerləşdirilib.

Operativ Media xəbər verir ki, bu barədə ƏƏSMN məlumat yayıb.

Bildirilib ki, repatriasiya olunmuş şəxslərlə sosial xidmət müəssisəsində ilkin tibbi, sosial-psixoloji dəstək işləri aparılıb.

Növbəti mərhələdə isə repatriasiya olunmuş şəxslərin Agentliyin sosial işçiləri və psixoloqları tərəfindən sosial-psixoloji vəziyyətləri qiymətləndirilib. Hazırda hər bir repatriantla bağlı fərdi inkişaf planı əsasında sosial-psixoloji dəstək tədbirləri həyata keçirilir.

Repatriantların sosial reabilitasiyası onların öz mənşə ailələrində digər aidiyyəti qurumlarla qarşılıqlı əməkdaşlıq şəraitində davam etdirilir.

Sosial Xidmətlər Agentliyi tərəfindən son illərdə 550-yə yaxın repatriant sosial reabilitasiya və re-inteqrasiya xidmətləri ilə təmin edilib.

Son xəbərlər
İlham Əliyevin Türkiyə səfərindən görüntülər - VİDEO
19 İyun 2025, 22:59
Yevlaxda 1 nəfər kanalda batıb
Zelenski Ukrayna Quru Qoşunlarına yeni rəis təyin edib
Ağ Ev İranla danışıqların əsas şərtini açıqlayıb
“Air Arabia” Azərbaycana uçuşları dayandırıb
İlham Əliyevin Türkiyəyə işgüzar səfəri başa çatıb
Paşinyan Brüsselə gedəcək
Tramp yaxın iki həftə ərzində İrana zərbə ilə bağlı qərar verəcək