Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub
Nərmin Qocamanlı
İyunun 6-da Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində 1964-cü il təvəllüdlü Miribrahim Seyidovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Baş Prokurorluqdan Operativ Media-ya verilən məlumata görə, ilkin araşdırmalarla 1999-cu il təvəllüdlü Məhəmmədəli Muradovun bıçaqla xəsarətlər yetirərək Miribrahim Seyidovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
Məhəmmədəli Muradov iş üzrə şübhəli şəxs qismində tutulub.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net