13 İyun 2025, 14:15
TikTok-da yaşlı insanlarla bağlı etik sərhədlər aşılır – Sosioloq
TikTok-da yaşlı insanlarla bağlı etik sərhədlər aşılır – Sosioloq şəkil
TikTok-da yaşlı insanlarla bağlı etik sərhədlər aşılır – Sosioloq

Son dövrlərdə Azərbaycanda TikTok platformasında yayılan bəzi videolar ictimai narahatlığa səbəb olub. Xüsusilə, yaşlı nəslin adına çəkilən və ya onları əhatə edən qeyri-etik məzmunlu videolar, sosial şəbəkələrdə geniş yayılır. Bu videoların böyük əksəriyyəti suni intellekt vasitəsilə hazırlanır və yaşlı şəxsləri qeyri-adi, gülünc və bəzən təhqiramiz vəziyyətlərdə göstərir. 

Bu cür videoların yayılmasında məqsəd nədir və cəmiyyətə necə təsir edir?

Mövzu ilə bağlı sosioloq Mətanət Məmmədova Operativ Media-ya açıqlama verib:

Sosioloq Mətanət Məmmədova bu məsələyə münasibət bildirərək, TikTok-da yayılan belə videoların etikadan kənar olduğunu vurğulayıb.

Onun sözlərinə görə, bu cür videolar əyləncə adı altında paylaşılsa da, əslində böyük hörmətsizlik və etik qaydaların pozulmasıdır. 

Mətanət Məmmədova qeyd edib ki, bəzən gənclər TikTok-da daha çox izlənmə və bəyənmə qazanmaq məqsədilə yaşlı insanları təhqir edən və qeyri-adi vəziyyətlərə salan kontentlər yaradırlar. Bu həm yaşlıların nüfuzuna zərər vurur, həm də cəmiyyətin sosial dəyərlərini ucuzlaşdırır.

Sosioloq cəmiyyətdə yaşlıların həyat təcrübəsi və mənəvi dəstək rolunu vurğulayıb və belə halların yaşanmasının, nəsillər arasında hörmət və anlaşmanın zədələnməsinə səbəb olduğunu bildirib. O, eyni zamanda maarifləndirmə işlərinin aparılmasının, sosial şəbəkələrdə etik davranış qaydalarının təbliğ edilməsinin vacibliyini qeyd edib.

Son xəbərlər
ABŞ-də qızılcaya yoluxanların sayı artıb
“Qarabağ”ın ÇL-dəki potensial rəqiblərinin ilk oyunu keçirilib
ABŞ BMT-nin Fələstin üzrə xüsusi məruzəçisinə sanksiya tətbiq edib
Gəncədən Moskavaya uçmalı olan aviareys təxirə salınıb - YENİLƏNİB
10 israilli girov azad ediləcək
ABŞ Ukraynaya daha bir “Patriot” sistemi tədarük edə bilər
Paşinyan Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti ilə görüşüb
Rusiya XİN müavini işdən çıxarılıb