Menyu

Axtarışda olan şəxs Bosniya və Herseqovinadan ekstradisiya edilib

Nərmin Qocamanlı
Axtarışda olan şəxs Bosniya və Herseqovinadan ekstradisiya edilib

"Ekstradisiya haqqında" 13 dekabr 1957-ci il tarixli Avropa Konvensiyasının tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşları Məmmədov Ramil Ramiz oğlu və Təhməzov Elçin Bayram oğlunun ekstradisiyaları haqqında Baş Prokurorluğun vəsatətləri Bosniya və Herseqovinanın səlahiyyətli orqanları tərəfindən təmin edilib. 

Baş Prokurorluğun mətbuat xidmətindən Operativ Media-ya verilən məlumata görə, həmin şəxslərin qabaqcadan əlbir olan şəxs halında quldurluq etmə cinayət əməlini törətmələrinə əsaslı şübhələr müəyyən edildiyindən, barələrində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarlar qəbul edilməklə istintaqdan qaçıb gizləndiklərinə görə beynəlxalq axtarışa elan edilib.

İyunun 12-də Ramil Məmmədov Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətirilib. 

Elçin Təhməzovun ölkəmizə gətirilməsi ilə bağlı zəruri tədbirlər davam etdirilir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər