14 İyun 2025, 01:26
Azərbaycanla İran sərhədində radiasiya fonunda çirklənmə aşkar edilməyib
Azərbaycanla İran sərhədində radiasiya fonunda çirklənmə aşkar edilməyib şəkil
Azərbaycanla İran sərhədində radiasiya fonunda çirklənmə aşkar edilməyib

Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi, “İzotop” xüsusi kombinatı və Mülki müdafiə qoşunlarının Radiasiya və kimya laboratoriyasının mütəxəssislərindən ibarət mobil qruplar tərəfindən ölkənin cənub sərhədləri boyunca (30 məntəqə üzrə), o cümlədən Naxçıvan Muxtar Respublikası ərazisində xüsusi cihazlarla radiasiya fonunun ölçülməsi məqsədilə müayinələr aparılıb.

Operativ Media xəbər verir ki, bu barədə Fövqəladə Hallar və Ekologiya və Təbii Sərvətlər nazirlikləri Mətbuat xidmətlərinin birgə məlumatında bildirilib.

Müayinələr zamanı ətraf mühitdə radiasiya fonunda hər hansı çirklənmə aşkar edilməyib. Müayinələr mütəmadi olaraq davam etdirilir.

Həmçinin, ölkə ərazisində, o cümlədən transsərhəd bölgələrdə radiasiya şəraitinə fasiləsiz nəzarət məqsədilə Astara, Beyləqan, Zəngilan, Sədərək və digər sərhədyanı rayonlarında Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ətraf Mühitin Monitorinqi Mərkəzinin avtomatik stansiyaları fəaliyyət göstərir və bu stansiyalar vasitəsilə radiasiya fonu üzrə gündəlik müşahidələr aparılır.

Hazırda havada hər hansı bir çirklənmə müşahidə edilməyib.

Son xəbərlər
Diplomatların peşə bayramı günü münasibətilə Gülüstan sarayında rəsmi qəbul təşkil olunub
Son 24 saat ərzində İsrailin hücumları nəticəsində Qəzzada 95 nəfər həlak olub
Corco Kyellini ABŞ klubunda səhmdar olub
Bloomberg: Aİ-nin 2034-cü ilə qədər büdcə layihəsində Kiyev üçün 100 milyard avro nəzərdə tutulub
ABŞ Patriot hava hücumundan müdafiə sistemini Ukraynaya köçürə bilər
Qvatemalada güclü zəlzələ baş verib
Klublararası DÇ: İlk finalçı bəlli oldu
Azərbaycan OPEC-in Beynəlxalq Seminarında təmsil olunur