Rus bölməsi üzrə birinci sinfə qəbulla bağlı seçimlərə start verilib
Nərmin Qocamanlı
Bu gün saat 11:00-dan etibarən rus bölməsi üzrə birinci siniflərə qəbul çərçivəsində məktəb və müəllim seçimi mərhələsinə start verilib.
MÜTDA-dan Operativ Media-ya verilən məlumata görə, 25 iyun 2025-ci il saat 18:00-a qədər Bakı Avropa Liseyi, Respublika İncəsənət Gimnaziyası və Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin rus bölməsi üzrə birinci siniflərinə qəbul üçün müsabiqəyə yazılma prosesi davam edəcək.
Bununla yanaşı, 25 iyun saat 18:00-a qədər İ.Əfəndiyev adına Elitar Gimnaziya, Bakı Slavyan Universiteti nəzdində məktəb-lisey kompleksi, T.Həsənov adına 23 nömrəli tam orta məktəb, 132–134 nömrəli Təhsil Kompleksi, T.İsmayılov adına 6 nömrəli məktəb-lisey və “Zəngi” liseyinin rus bölməsi üzrə seçim prosesi aparılacaq.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net