Son 5 ayda əlilliyi olan 7,6 min şəxs reabilitasiya vasitələri ilə təmin edilib
Nərmin Qocamanlı
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən cari ilin 5 ayı ərzində əlilliyi olan şəxslərə 57 min reabilitasiya vasitəsi verilib.
Operativ Media xəbər verir ki, bu barədə ƏƏSMN məlumat yayıb.
Bildirilib ki, onlardan 4,2 mindən çoxu təkərli oturacaq (o cümlədən 41-i mühərrikli təkərli oturacaq), 1,1 mini aşağı və yuxarı ətraf protezi, 2,7 mini əsa, qoltuqaltı və dirsəkaltı ağac olub.
Həmçinin əlilliyi olan şəxslərə 4,1 min cüt protez və ortopedik ayaqqabı, 560-dan çox eşitmə aparatı, korset və s. reabilitasiya vasitələri təqdim olunub.
Yanvar-may aylarında əlilliyi olan 7,6 min şəxs reabilitasiya vasitələri ilə təmin edilib.
Teqlər:
"Son 5 ayda \u0259lilliyi olan 7 6 min \u015f\u0259xs reabilitasiya vasit\u0259l\u0259ri il\u0259 t\u0259min edilib"