"Abzas Media" əməkdaşlarına hökm oxunub
Nərmin Qocamanlı
"Abzas Media" əməkdaşlarının cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.
Operativ Media xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslər son söz deyib.
Daha sonra məhkəmədə hökm oxunub.
Hökmə əsasən, Ülvi Həsənli 9, Sevinc Vaqifqızı (Abbasova) 9, Məhəmməd Kekalov 7 il 6 ay, Nərgiz Absalamova 8, Hafiz Babalı 9, Elnarə Qasımova 8, Fərid Mehralızadə 9 il müddətinə azadlıqdan məhrum edilib.
İstintaq dövründə Cinayət Məcəlləsinin bir sıra, o cümlədən 193-1.3.2-ci maddəsi (Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, xeyli miqdarda törədildikdə) üzrə yekun ittiham verilib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net