Dünya səyyahlarının Qarabağ və Şərqi Zəngəzura səfəri başlayıb

Nərmin Qocamanlı
Dünya səyyahlarının Qarabağ və Şərqi Zəngəzura səfəri başlayıb

Bu gün dünya şöhrətli MTP (Most Traveled People) beynəlxalq səyahətçilər klubunun Qarabağ və Şərqi Zəngəzura səfəri başlayıb. 

Operativ Media xəbər verir ki, 15 ölkədən səyyahların yer aldığı heyətə MTP klubunun təsisçisi, amerikalı Çarlz Vili (Charles Veley) rəhbərlik edir. 

Heyətin 3 gün ərzində avtomobil yolu ilə Füzuli-Xocavənd-Şuşa-Xankəndi-Xocalı-Ağdam-Kəlbəcər-Laçın-Zəngilan-Cəbrayıl xətti üzrə hərəkət etməsi planlaşdırır. Bu səfər işğaldan azad edilmiş ərazilərin “black tourism” çərçivəsində tanıdılması, nəhəng quruculuq-bərpa işlərinin nümayişi üçün böyük imkan yaradır. 

Digər xəbərlər