10 ildə müəllimlərin əməkhaqları 3 dəfə artıb
Nərmin Qocamanlı
"Son 10 ildə müəllimlərin orta aylıq əməkhaqqı 3 dəfəyə qədər artıb".
Operativ Media xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Sertifikatlaşdırma 2025: peşəkar müəllim–keyfiyyətli təhsil" adlı tədbirdə çıxışı zamanı söyləyib.
Nazirin sözlərinə görə, müəllimlərin orta aylıq əməkhaqları 2014-cü ildə 267 manat idisə, diaqnostik qiymətləndirmənin tətbiqindən sonra 2016-cı ildə 10% artaraq 403 manata çatıb.
2022-ci ildən müəllimlərin sertifikatlaşdırılması prosesinin tətbiqi ilə müəllimlərin orta aylıq əməkhaqları 20% artaraq 720 manat olub.
2025-2026-cı tədris ili üzrə isə müəllimlərin orta aylıq əməkhaqqı 965 manat olacaq.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net