Menyu

Gənclər niyə real həyatlarını sosial medianın tələblərinə uyğunlaşdırırlar?

Nərmin Qocamanlı
Gənclər niyə real həyatlarını sosial medianın tələblərinə uyğunlaşdırırlar?

Son dövrlərdə cəmiyyətimizdə təntənəli və parlaq həyata qarşı artan maraq müşahidə olunur. 

Bu sözləri Operativ Media-ya açıqlamasında Psixoloq Gülnar Orucova bildirib.

O bildirib ki, insanlar getdikcə daha çox gözə çarpan, dəbdəbəli, sosial şəbəkələrdə nümayiş etdirilə bilən bir həyat tərzi yaşamaq istəyirlər:

"Bugünkü dövrdə reklam cəmiyyətin bir çox sahələrinə sirayət edib. Xüsusilə restoran və əyləncə sektorunda reklam artıq açılış mərhələsindən öncə planlaşdırılan əsas strategiyalardan birinə çevrilib. Restoran sahibləri dövrün tanınmış bloger və müğənnilərini tədbirlərinə dəvət edir, bu yolla sosial mediada geniş kütləyə çıxış imkanı əldə edirlər. Bu strategiya, izləyici sayını artırmaqla yanaşı, müəssisənin prestijini də qaldırır.

Nəticədə insanlar sosial şəbəkələrdə izlədikləri məşhurların həyat tərzinə valeh olur və onları təqlid etməyə başlayırlar. Bu, xüsusilə özgüvəni aşağı olan fərdlər üçün daha çox müşahidə olunur. Onlar marka geyimlər, lüks restoranlar və bahalı məkanlar vasitəsilə özlərini təsdiqləməyə çalışırlar. Bu cür davranış bəzən psixoloji rahatlıq kimi təqdim olunsa da, əslində daxili boşluğu doldurma cəhdidir".

Şəfa Hüseynli

Teqlər:

"G\u0259ncl\u0259r niy\u0259 real h\u0259yatlar\u0131n\u0131 sosial median\u0131n t\u0259l\u0259bl\u0259rin\u0259 uy\u011funla\u015fd\u0131r\u0131rlar?"

Əlaqəli Xəbərlər