Keçən il 5 minə yaxın subbakalavr ali məktəblərə qəbul olunub.
Operativ Media xəbər verir ki, bunu DİM-in İdarə Heyətinin sədri Məleykə Abbaszadə 2024/2025-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə tələbə qəbulu imtahanlarının nəticələrinin elmi-statistik təhlili ilə bağlı keçirilən tədbirdə deyib.
"Subbakalavrların sayı nə qədər çox olarsa, ali məktəblər bir o qədər şikayətlənirlər. Çünki müsabiqə ali məktəbləri arasında keçirilir və onlar istəyirlər ki, ən yüksək nəticə göstərən abituriyentləri qəbul etsinlər".
DİM sədri qeyd edib ki, bir sıra nazirliklər də bu məsələ ilə bağlı narazılıqlarını bildiriblər.