Bakıda köməksiz vəziyyətdə qalan şəxs xilas edilib
Şəfa Hüseynli
Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xandan küçəsində yerləşən mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Operativ Media xəbər verir ki, bu barədə FHN-nin mıtbuat xidməti məlumat yayıb.
Məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunub.
Xilasedicilər onyeddimərtəbəli yaşayış binasının 17-ci mərtəbəsində yerləşən mənzilə alpinist ləvazimatlarından istifadə etməklə eyvandan daxil olaraq 1956-cı il təvəllüdlü vətəndaşı xilas edərək ailə üzvlərinə təhvil veriblər.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net