Memarlıq ixtisası üzrə qabiliyyət imtahanının nəticələri ilə bağlı aprellyasiya təşkil ediləcək
Şəfa Hüseynli
İyulun 28-dən 31-dək 40-cı qabiliyyət imtahanı komissiyası üzrə rəsm fənnindən keçirilmiş qabiliyyət imtahanının nəticələri ilə bağlı müraciətlərə baxılması üçün apellyasiya komissiyası təşkil ediləcək.
Dövlət İmtahan Mərkəzindən Operativ Media-ya bildirilib ki, apellyasiya komissiyası avqustun 1-də saat 09:00-dan 12:00-dək Azərbaycan Memarlıq və İnşaat Universitetində fəaliyyət göstərəcək.
Apellyasiya komissiyasına müraciət etmək istəyən abituriyentlər şəxsiyyət vəsiqəsi və imtahana buraxılış vərəqəsi ilə birlikdə binaya yaxınlaşıb ərizə yazmalıdırlar.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma