Nərimanov rayonunun bir küçəsində hərəkət qismən məhdudlaşdırılacaq

Əziz Əzizli
Nərimanov rayonunun bir küçəsində hərəkət qismən məhdudlaşdırılacaq

Sabah saat 08:00-dan avqustun 3-ü saat 22:00-da qədər Bakının Nərimanov rayonunun Məmməd Araz küçəsinin Azadlıq prospektindən Atatürk prospektinə qədər olan hissəsində aparılacaq təmir işləri ilə əlaqədar olaraq nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.

Operativ Media bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.

"Aparılacaq cari təmir işləri ilə əlaqədar olaraq, sürücülərdən qeyd olunan hissədə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına və müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur", - deyə agentlik bəyan edib.

Digər xəbərlər