Menyu

Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib, 6 vəkilə xəbərdarlıq edilib

Nərmin Qocamanlı
Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib,  6 vəkilə xəbərdarlıq edilib

Vəkillər Kollegiyası (VK) Rəyasət Heyətinin iclası keçirilib.

Bu barədə Operativ Media-ya Vəkillər Kollegiyasından məlumat verilib.

Bildirilib ki, iclası açan Vəkillər Kollegiyasının sədri Anar Bağırov Rəyasət Heyətinin cari fəaliyyəti, görülən işlər və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib.

Sonra iclasın gündəliyinə uyğun olaraq “Vəkil qurumu və ya fərdi qaydada fəaliyyət göstərən vəkil tərəfindən göstərilmiş hüquqi yardım barədə” statistik hesabatın vahid formasına baxılıb və müvafiq qərar qəbul edilib.

İclasın davamında Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılıb və Rəyasət Heyəti tərəfindən yol verdikləri intizam pozuntularına görə 6 vəkilə xəbərdarlıq edilib, 1 vəkilə töhmət verilib, 5 vəkilə irad tutulub, eyni zamanda məhkəmənin qanuni qüvvəyə minmiş hökmünə əsasən, bir vəkilin fəaliyyətinə xitam verilib.

Sonda Kollegiyanın fəaliyyəti ilə bağlı digər cari və əhəmiyyətli məsələlər də müzakirə olunub və zəruri qərarlar qəbul edilib.

Teqlər:

"V\u0259kill\u0259r Kollegiyas\u0131 R\u0259yas\u0259t Hey\u0259tinin n\u00f6vb\u0259ti iclas\u0131 ke\u00e7irilib 6 v\u0259kil\u0259 x\u0259b\u0259rdarl\u0131q edilib"

Əlaqəli Xəbərlər