Azərbaycanda daha 256 mənzil kirayə mexanizmi ilə satışa çıxarılır
Nərmin Qocamanlı 19031 baxış
İpoteka və Kredit Zəmanət Fondu (Fond) satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində Sumqayıt şəhəri, Sülh küçəsindəyerləşən yaşayış kompleksində daha 256 yeni, tam təmirli mənzili vətəndaşlara təqdim edib.
Operativ Media Fonda istinadən xəbər verir ki, yaşayış sahələri 1, 2 və 3 otaqlı olmaqla, aylıq ödənişləri 597 manatdan başlayır.
Yeni mənzillər seçim üçün avqustun 27-si saat 15:00-dan açıq olacaq. Vətəndaşlar təqdim olunan yaşayış sahələrinin siyahısı ilə bu keçid vasitəsilə tanış ola bilərlər.
Müraciətlərin qəbulu və mənzil seçimi Elektron hökumət portalına (e-gov.az) inteqrasiya edilmiş Elektron ipoteka və kredit zəmanət sistemi üzərindən həyata keçirilir.
İndiyə qədər satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində 7 786 kirayə müqaviləsi bağlanıb.
Teqlər:
"Az\u0259rbaycanda daha 256 m\u0259nzil kiray\u0259 mexanizmi il\u0259 sat\u0131\u015fa \u00e7\u0131xar\u0131l\u0131r"