Ukrayna Nazirlər Kabineti İranla diplomatik və xidməti pasport sahibləri üçün vizasız gediş-gəliş haqqında anlaşma memorandumunu ləğv edib.
Operativ Media xəbər verir ki, bu barədə hökumətin Ali Radadakı nümayəndəsi Taras Melnıçuk məlumat verib.
Onun sözlərinə görə, “Ukrayna hökuməti ilə İran İslam Respublikası hökuməti arasında diplomatik və xidməti pasport sahibləri üçün vizasız gediş-gəliş haqqında 1993-cü il martın 15-də Kiyevdə imzalanmış anlaşma memorandumu ləğv edilib”, – deyə Melnıçuk Teleqram kanalında yazıb.
Qeyd edək ki, 2024-cü ilin noyabrında Kiyev Tehranla 1993-cü ildə bağlanmış hava nəqliyyatı müqaviləsini də ləğv etmişdi. Ukrayna, həmçinin, İranı münaqişədə Rusiyaya dəstək verməkdə ittiham edir.
Bundan başqa, Ukrayna hakimiyyəti mütəmadi olaraq Rusiya, Belarus, Suriya və MDB çərçivəsində imzalanmış müqavilələrdən çıxdığını elan edir.