Kuba lideri ABŞ-ni ən böyük narkotik ticarətinə malik ölkə adlandırıb
Əziz Əzizli
Narkotik kartelləri ilə mübarizə bəhanəsi ilə Cənubi Karib hövzəsinə öz hərbi personalını göndərmək niyyətində olan ABŞ-nin özü də dünyada ən böyük narkotik ticarətinə malik ölkədir.
Operativ Media xəbər verir ki, bunu Kuba Prezidenti Migel Diaz-Kanel Amerika Xalqları Bolivar Alyansının (ALBA) videokonfrans vasitəsilə sammitində çıxışı zamanı deyib.
“Yuxarıda qeyd olunan qoşunların [ABŞ] Cənub Komandanlığının başçılıq etdiyi Cənubi Karib hövzəsinə yerləşdirilməsinə 4000-ə qədər hərbçinin cəlb olunacağı bildirilir”, - Diaz-Kanel bildirib.
“Bu, narkotik kartelləri ilə mübarizə kimi saxta və qeyri-mütənasib bəhanə ilə çəkindirici vasitə kimi təqdim olunur. Bunu isə dünyada ən böyük narkotik ticarətinə malik olan ABŞ bəyan edir və təbliğ edir", - o vurğulayıb.
Teqlər:
"Kuba lideri AB\u015e-ni \u0259n b\u00f6y\u00fck narkotik ticar\u0259tin\u0259 malik \u00f6lk\u0259 adland\u0131r\u0131b"