Nigeriyada güclü yağışlar və daşqınlar 47 nəfərin həyatına son qoyub
Şəfa Hüseynli
Nigeriyada son günlər yağan güclü yağışlar nəticəsində yaranan daşqınlar nəticəsində 47 nəfər ölüb, 56 mindən çox insan evsiz qalıb.
Operativ Media xəbər verir ki, bu barədə "Anadolu Agentliyi" məlumat yayıb.
Bildirilib ki, sel 339 məhəllə və kənddə 7754 evə ziyan vurub . Damların uçması nəticəsində 30 nəfər ölüb, daha 17 nəfər suda boğulub. Bundan başqa, 70 nəfər xəsarət alıb, 257 baş iribuynuzlu heyvan tələf olub.
Şəfa Hüseynli
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma