Menyu

Özbəkistanda bloqer prezidenti təhqir etdiyinə görə həbs edilib

Nərmin Qocamanlı
Özbəkistanda bloqer prezidenti təhqir etdiyinə görə həbs edilib
1 dəq oxu

Özbəkistanda məhkəmə 26 yaşlı bloqeri etnik ədavət və dini hissləri qızışdırmaq, habelə prezident Şavkat Mirziyoyevi təhqir etməkdə ittiham edərək 3 il 1 ay müddətinə azadlıqdan məhrum edib.

Operativ Media xarici KİV-ə istinadən xəbər verir ki, bunu respublika Ali Məhkəməsinin mətbuat katibi Əziz Abidov bildirib.

Aprel ayında Daşkənd Regional Polis İdarəsi 2024-cü ildə Cənubi Koreyada olarkən sosial şəbəkələrdə Özbəkistan vətəndaşları haqqında təhqiramiz ifadələr əks etdirən bir neçə video yayımlayan özbək bloger Valeri Dyuqayı həbs etdiyini bildirmişdi. Bloqer Abu Dabidə saxlanılaraq Daşkəndə aparılıb .

Əlaqəli Xəbərlər