Menyu

Qazaxda köhnə xalça sexinin ərazisində yanğın baş verib

Şəfa Hüseynli
Qazaxda köhnə xalça sexinin ərazisində yanğın baş verib
1 dəq oxu

Qazax rayonu, Heydər Əliyev küçəsində köhnə xalça sexinin ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub. 

Bu barədə Operativ Media-ya FHN-dən məlumat verilib. 

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Qazax rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.

Yanğınsöndürənlər tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın genişlənməsinə, o cümlədən yaxınlıqdakı tikililərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. 

Yanğın nəticəsində açıq ərazidə 500 kv.m. sahədə quru ot və kol-kos yanıb, yaxınlıqdakı tikililər yanğından mühafizə edilib.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər