Ermənistan bütün keçid məntəqələrində yoxlama prosedurlarını sadələşdirəcək

Şəfa Hüseynli
Ermənistan bütün keçid məntəqələrində yoxlama prosedurlarını sadələşdirəcək

 Ermənistan bütün buraxılış məntəqələrində, o cümlədən Ermənistan-Azərbaycan keçid məntəqələrində sərhəd yoxlaması prosedurunu sadələşdirəcək. 

Operativ Media xəbər verir ki, bunu  jurnalistlərlə açıqlamasında  Ermənistanın baş naziri Nikol Paşinyan bildirib. 

Ermənistanın baş naziri xatırladıb ki, Vaşinqton Bəyannaməsində bu sazişin əsaslandığı beş prinsip aydın şəkildə göstərilib: ərazi bütövlüyü, suverenlik, yurisdiksiya, sərhədlərin toxunulmazlığı və qarşılıqlılıq.

“Biz nəinki Ermənistan-Azərbaycan sərhəd-keçid məntəqələrini, həm də bütün sərhəd-keçid məntəqələrimizi sadələşdirəcəyik ki, biznes mühitini – ixrac, idxal, tranzit – istənilən halda biznesin aparılması üçün ən münasib və vacib mühitdir – mümkün qədər sadələşdirək”, - Ermənistanın baş naziri bildirib.

Digər xəbərlər