Ermənistan-Türkiyə sərhədinə gəlincə, biz birbaşa Türkiyə ilə danışıqlar aparırıq və təbii ki, regional proqramlar, yeni proqramın tətbiqi müəyyən təsir göstərəcək.
Operativ Media xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan jurnalistlərlə keçirdiyi brifinqdə deyib.
"Bəyannaməni şahid qismində ABŞ prezidenti imzalayıb; bu çox vacibdir. Türkiyə sərhədləri açılmadan Ermənistanın blokunun açılıb-açılmayacağına gəlincə, bu, ən azı bir neçə istiqamətdə baş verə bilər. Ümid edirəm və əminəm ki, nə vaxtsa Ermənistan-Türkiyə sərhədi də açılacaq", - Paşinyan bildirib.